Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ölkəyə qanunsuz dərman keçirmək istəyən şəxs saxlanılıb - FOTO

08 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstandan Azərbaycana xeyli sayda dərman keçirmək istəyən şəxs yaxalanıb.

Bu barədə Press.az-a Dövlət Gömrük Komitəsindən bildiriblər. Qeyd olunub ki, ilkin soruğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildirib:

"Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmız Körpü" gömrük postunda Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu sual olunub.

Sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildirib.

Baxış zamanı yük nəqliyyat vasitəsinin salonunun yuxarı hissəsində olan boşluqlarda və yataq yerində söykənəcəyin arxasında gizlədilən 19 adda 313 qutu dərman preparatları aşkarlanıb".

Oxşar xəbərlər
OTACI