Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

COVID-19 artıq mövsümi xəstəlik kimi qəbul edilməməlidir - İnstitut direktoru

08 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

COVID-19 artıq mövsümi xəstəlik kimi qəbul edilməməlidir. O, mövsümə bağlı olmayaraq, istədiyi zaman yayılır.

Press.az xəbər verir ki, bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, virus artıq bioloji xüsusiyyətlərini dəyişir. Bu virusun qışda aktivləşib, yayda zəifləməsi ehtimalı yoxdur:

“Bu məsələ gündəmdə olmayıb. Yayda ona görə virusun yayılması bir qədər zəif idi ki, qapalı yerlərdə insanlar arasındakı təmas o qədər çox deyildi. Digər tərəfdən, xəstəliyin mutasiyaya uğramış bu forması mövcud deyildi. Əgər mutasiya olsaydı, bu virus yayda da payızda olduğu qədər çox yayıla bilərdi. Əhalinin qışda qapalı məkanlarda olması, virusun mutasiyaya uğraması onun yayılmasını sürətləndirmiş olur”.

Oxşar xəbərlər
OTACI