Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Biləsuvarın Təzəkənd kəndində şəhidlərin xatirəsi əbədiləşdirilib - FOTO

08 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Biləsuvar rayonu ərazisində Vətən müharibəsində şəhid olanların xatirəsinin əbədiləşdirilməsi üçün lazım olan tədbirlər görülür.

Press.az “Report”a istinadən xəbər verir ki, bu məqsədlə rayonunun Təzəkənd kəndində Şəhidlər kompleksi yaradılıb. Kompleksdə kəndin altı şəhidinin xatirəsi əbədiləşdirilib.

Burada həmin şəhidlər haqqında məlumat lövhələri quraşdırılıb. Eyni zamanda bulaq da inşa edilib.

Qeyd edək ki, I Qarabağ savaşında bu kənd dörd şəhid verib - Tacəddin Quliyev, Şirinov Ruslan, Manafov Fərqan, Bayramov Əlizadə. Vətən müharibəsində isə kənd iki şəhid verib - Amid İsmayılov, Əhmədli Elməddin.

 

Oxşar xəbərlər
OTACI