Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyənin XİN başçısı: “Bundan sonra da addımlarımızı Azərbaycanla birgə dəyərləndirəcəyik” - VİDEO

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Portuqaliyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“HaberGlobal”ın məlumatına görə, M.Çavuşoğluna Qarabağda Rusiya-Türkiyə rəqabəti və atəşkəsə nəzarət üzrə birgə fəaliyyət istiqaməti sahəsində anlaşmanın olub-olmadığı barədə sual ünvanlanıb.

M.Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanı yalnız bir millət iki dövlət olduğu üçün deyil, ilk növbədə Azərbyacanın beynəlxalq qanunlar çərçivəsində haqlı olduğu üçün dəstəkləyib.

Türkiyə XİN başçısı bildirib ki, Azərbaycan uğurlu hərbi əməliyyatlar keçirdi və hazırda bölgədə ataşkəs mövcuddur:

“Azərbaycanın müəyyənləşdirdiyi yerdə və bizə göstərdiyi nöqtələrdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzlərin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, amma atəşkəs pozulacağı halda bunun qarşısını almaq tədbirləri də görüləcək”, - deyə M.Çavuşoğlu qeyd edib.

Türkiyəli nazir əlavə edib ki, Azərbaycanla Ermənistan arasında yaşanan 44 günlük müharibə müddətində üç dəfə atəşkəs elan edilməsinə rəğmən, Ermənistan hər dəfə bu atəşkəsi pozub.

“Atəşkəslə bağlı qəbul edilən son qərara Ermənistanın əməl edəcəyinə ümid edirik. Ancaq bundan sonra Ermənistanla əlaqələrimizi normallaşdırmaqdan danışmaq olar. Biz bundan sonra atılacaq addımları da Azərbaycanla birgə dəyərləndirəcəyik”, - deyə M.Çavuşoğlu bildirib.

Oxşar xəbərlər
OTACI