Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Fənərbaxça”dan Super Liqada ardıcıl 3-cü qələbə

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Super Liqasında 17-ci tura yekun vurulub.

Press.az xəbər verir ki, mərkəzi oyun son gündə keçirilib.

Çempionluğa iddiaçılar “Fənərbaxça” ilə “Alanyaspor” üz-üzə gəlib. Mövsümün sürpriz komandası olan Alanya təmsilçisi İstanbul səfərində məğlubiyyətə düçar olub.

Super Liqada ardıcıl 3-cü qələbəsini qazanan “sarı-lacivərdlilər” isə həm rəqibini turnir cədvəlində geridə qoyub, həm də 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, 18-ci turun matçları yanvarın 9-11-də baş tutacaq.

Türkiyə Super Liqası

17-ci tur

7 yanvar

“Fənərbaxça” – “Alanyaspor” – 2:1

Qollar: Sinan Gümüş, 12, Pelkas, 70 – Babakar, 80 (pen.)

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI