Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Vəziyyət istədiyimiz kimi olmasa, Məsut qalacaq" - Arteta

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Məsut Özilin bu qış komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Press.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis transfer bazarında işləri yolunda getməzsə, 32 yaşlı yarımmüdafiəçini satmaqdan imtina edəcəklərini deyib:

“Əgər vəziyyət bizim lehimizə olmazsa, biz Məsutun getməsini qəbul edəcəyik. Amma durum elə deyilsə, Məsut burada qalacaq. O, son bir neçə mövsümdə komandanın əsas oyunçularından biri olub. Mövsümün əvvəlində bir qərar verməyimiz lazım idi. Mən də bu qərarı verdim. Nəticəni bilirdim. İndi- yanvar ayında daha bir qərar vermək məcburiyyətindəyəm. Klub və komanda üçün ən yaxşı olanı seçəcəyəm. Nə baş verəcəyinə bir neçə gün ərzində aydınlıq gələcək”.

Qeyd edək ki, Məsut Özil mövsümün əvvəlində “Arsenal”ın Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə daxil edilməmişdi. Futbolçunun adı “Fənərbaxça” və “Di Si Yunayted”lə hallanır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI