logo
First slide

Dövlət Xidmətindən polietilen torbaların istifadəsi ilə bağlı XƏBƏRDARLIQ

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mövcud qanunvericiliyə əsasən, bu aydan qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.

Press.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sahibkarlara müraciətində bildirilir.

Müraciətdə həmçinin deyilir ki, qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət məqsədilə Tədbirlər Planı hazırlanır və buna uyğun olaraq, nəzarət tədbirləri həyata keçiriləcək.

Dövlət Xidməti sahibkarlıq subyektlərini bu məhsulların istehlak bazarına çıxarılması zamanı mövcud qanuverciliyin tələblərinə riayət etməyə çağırır. Qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu cür hərəktlərə görə inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manata qədər, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manata qədər cərimə edilir.

Oxşar xəbərlər
OTACI
OTACI