Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - RƏSMİ

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 685 yeni yoluxma faktı qeydə alınıb, 1 931 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Press.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 222 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 203 527 nəfər müalicə olunaraq sağalıb, 2 845 nəfər vəfat edib, aktiv xəstə sayı 16 513 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 915, ötən müddət ərzində isə ümumilikdə 2 241 908 test aparılıb.

Oxşar xəbərlər
OTACI