Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Peyvənd vurdurmayanlar Avropaya buraxılmayacaq? - Aİ-dən rəsmi açıqlama

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa Birliyinə birliyə daxil olmayan ölkələrdən girişlə bağlı tətbiq olunan müvəqqəti məhdudiyyətlər vaksinasiyadan asılı deyil.

Press.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Avropa İttifaqından bildiriblər.

Qeyd edək ki, sosial şəbəkələrdə Avropa İttifaqının COVID-19-a qarşı peyvəndlənməni təstiq edən yeni Avropa pasportları tətbiq etdiyi barədə məlumatlar yayılıb. Qeyd olunur ki, yalnız Aİ tərəfindən sertifikatlaşdırılmış Moderna və Pfizer ilə peyvəndlənmiş şəxslər Aİ-yə Şengen vizası ala biləcəklər.

“Biz bu məlumatı təstiq edə bilmərik. Hazırda Aİ-yə üzv ölkələr təşkilata üzv olmayan dövlətlərdən (bir sıra dövlətlər istisna olmaqla) Aİ-yə girişlə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edirlər ki, bu da vizaların verilməsinə təsir göstərir. Lakin bu vaksinasiyadan asılı deyil. Hazırda biz bu siyasətlə bağlı hər hansı mümkün dəyişikliklər barədə əvvəlcədən məlumat verə bilmərik”.

Oxşar xəbərlər
OTACI