Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dilqəm Əsgərovdan girovluqda olarkən düşmənlərin ona verdiyi işgəncələr barədə AÇIQLAMA

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Tutulandan sonra çəkim 55 kiloqrama düşmüşdü. Geri qaytarılanda sinəmə, qoluma avtomatla vurdular. 15 nəfər məni baş prokurorun yanında döydü. Ayağa qalxmağa halım olmurdu”. 

Bunu girovluqdan qaytarılmış Dilqəm Əsgərov deyib.

O, bu gün keçirilən mətbuat konfransında işgəncələrdən danışıb: 

“Qırmızı Xaç Komitəsi tərəfindən mənə heç bir kömək edilməyib. Amma bu haqda heç bir ölçü götürülməyib. Tək kamerada qalmağımla bağlı Qırmızı Xaç Komitəsinə də iradımı bildirmişəm.

31 dekabrda - Həmrəylik günündə mənə ömürlük həbs cəzası verilib. Yalnız Azərbaycan hökuməti qarışandan sonra Qırmızı Xaç Komitəsi vasitəsilə mənə yemək verilməyə başlandı.

6 il 5 ay Şuşa türməsində qaldım. Küçədə gəzmək əvvəl yarım saat idi, sonra bunu bir saata qədər uzatdılar. İrəvanda mənə elektrik verirdilər. Məqsədləri Azərbaycan hökumətinin əleyhinə ifadələr almaq idi. İtaliyadan, Almaniyadan jurnalistlər məndən müsahibə götürmək istəyirdilər, imtina edirdim. Deyirdim ki, ancaq Kəlbəcərdə müsahibə verə bilərəm”.

Oxu.az

Oxşar xəbərlər
OTACI