Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Erməni əsirliyində olmuş bir qrup azərbaycanlı mətbuat konfransı keçirir

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsi dövründə ermənilərin əsir götürdüyü hərbi qulluqçu Musayev Amin Alim oğlu və girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev mətbuat konfransı keçirir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində baş tutan tədbirdə ermənilərin əsir və girovlara verdikləri işgəncələr, məruz qaldıqları qeyri-insani davranışa dair faktlar açıqlanır.

Qeyd edək ki, ötən ilin dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və mülki vətəndaş erməni əsirliyindən və girovluğundan azad olunaraq Bakıya gətirilib.

Report

Oxşar xəbərlər
OTACI