Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid ailəsi ilə görüşülüb, sosial təminat hüquqları barədə məlumat verilib

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Digər şəhid ailələri kimi, İkinci Qarabağ müharibəsində şəhid olmuş Xəlilov Ələddin Əlizaman oğlunun ailəsi də Prezidentin aylıq təqaüdü ilə təmin olunacaq, həmçinin ailəyə 11 min manat birdəfəlik sığorta ödənişi ödəniləcək.

Press.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Bakı şəhərinin Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan şəhid ailəsi ilə görüş zamanı ailə üzvlərinə barədə məlumat veriblər.

Bildirilib ki, hazırda şəhidlərin ailə üzvlərinə onlar üçün nəzərdə tutulan sosial ödənişlərin təyinatı prosesi davam edir və təyinatların daha qısa müddətdə aparılması diqqətdə saxlanır.

Şəhidin atası işləyir, anası evdar qadındır, bacı və qardaşı isə məktəblidir.

Ailəyə sosial təminat hüquqları, şəhid ailələri üçün nəzərdə tutulan dəstək tədbirləri, habelə mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyan ailə kimi qeydiyyata alınmış şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edildikləri barədə də məlumat verilib.

Oxşar xəbərlər
OTACI