Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Portuqaliya - Azərbaycan oyununun stadionu açıqlandı

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Azərbaycan milli komandaları arasında keçiriləcək matçın stadionu açıqlanıb.

Press.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş qurumun rəsmi saytına açıqlamasında deyib. O, görüşün paytaxt Lissabonda yerləşən və "Sportinq" klubuna məxsus olan "Joze Alvalade" arenasında oynanılacağını bildirib:

"Bu xəbəri elan etməkdən məmnunluq duyuram. Bura bizim xoşbəxt olduğumuz evimizdir. İnanıram ki, milli komanda debüt matçında bizə daha bir qələbə və əla oyun bəxş edəcək. Əminəm ki, birlikdə idman və sağlamlıqla bağlı problemlərin öhdəsindən gələcəyik".

Qeyd edək ki, martın 24-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisi A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI