Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Jurnalistin avtomobili yenidən qarət olundu - FOTO

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıt şəhərində jurnalist İlham Məmmədzadənin avtomobili yenidən qarət olunub.

Press.az xəbər verir ki, bu barədə Trend-ə jurnalist özü məlumat verib.

O bildirib ki, hadisə ötən gecə Sumqayıt şəhəri, 36-cı məhəllədə yaşadığı binanın qarşısında baş verib.

Naməlum şəxslər onun avtomobilinin sol-qabaq qapısının şüşəsini sındıraraq qarət edib. Hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) məlumat verilib.

Xatırladaq ki, analoji hadisə 2019-cu ildə də eyni ərazidə baş vermişdi. Həmin vaxt da jurnalistin avtomobili eyni ərazidə gecə saatlarında qarət edilmişdi.

Oxşar xəbərlər
OTACI