Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyəli musiqiçini öldürüb meyitini zibilliyə atdılar

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Bingöl vilayətində toy musiqiçisi Denizli Ayaz 4 gün əvvəl yoxa çıxıb.

“Haber Global” məlumat verir ki, 35 yaşlı beş uşaq atası D.Ayazdan xəbər ala bilməyən ailəsi vəziyyəti polisə bildirdikdən sonra araşdırma başlayıb.

Sarıçiçək kəndinin ərazisində kəndlilər zibil paketlərindən pis qoxu gəldiyindən onları açıb və içərisində cəsəd olduğunu görüblər.

Polis həmin cəsədin D.Ayaza aid olduğunu müəyyən edib.

Məlum olub ki, onu dörd dəfə atəş açaraq qətlə yetiriblər.

Oxşar xəbərlər
OTACI