Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vətən müharibəsi qazisi intihar etdi

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsi qazisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün müalicə aldığı hərbi hospitalda intihar edib.

O, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alırdı.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, əslən Kəlbəcərin Zəylik kəndindən olan V.Musayev Vətən müharibəsində gərgin döyüşlər zamanı kəllə-beyin travması almışdı. Onun 2 körpəsi var.

Report

Oxşar xəbərlər
OTACI