Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həkim-reanimatoloq: “Çox güman ki, “Britaniya ştammı” ölkəmizdə də qeydə alınacaq”

06 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Həyata keçirilən bütün tədbirlərə rəğmən, düşünürəm ki, “Britaniya ştammı” bizim ölkəmizdə də qeydə alınacaq.

Azərbaycan hər an hazır olmalıdır, çox güman ki, üçüncü dalğadan da yayına bilməyəcəyik”.

Bu sözləri Media.Az-a açıqlamasında pandemiya xəstəxanasının infeksion həkim-reanimatoloqu Polina Əliyeva deyib.

Onun sözlərinə görə, sərhədlərin bağlanması da daxil olmaqla, bütün məlum epidemioloji tədbirlərə rəğmən, virusun hərəkəti dayandırıla bilməz.

“Üstəlik, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, yeni növ virus daha yüksək yayılma sürətinə malikdir”, - deyə P. Əliyeva söyləyib.

Həkim-reanimatoloq əlavə edib ki, bütün bunlara baxmayaraq, ÜST-ə görə virusun virulentliyindən danışmaq hələ çətindir, yeni xəstəlik hələlik virusun digər variantlarından daha təhlükəli deyil.

Oxşar xəbərlər
OTACI