Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropada növbəti koronavirus peyvəndi tövsiyə edildi

06 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa Dərman Agentliyi (EMA) ikinci COVID-19 peyvəndinin istifadəsini tövsiyə edib.

“RİA Novosti” xəbər verir ki, bu dəfə söhbət ABŞ-ın “Moderna” şirkəti tərəfindən istehsal olunan peyvənddən gedir.

Qeyd edilir ki, agentlik peyvəndin keyfiyyəti, təhlükəsizliyi və effektivliyinə dair məlumatları diqqətlə nəzərdən keçirib və Avropa Komissiyasına formal şərtli icazə verməsini tövsiyə edib.

Xatırladaq ki, ötən ilin dekabrında “Pfizer/BioNTech” peyvəndi Avropa bazarına təqdim edilib və elə həmin gün onun istifadəsi təsdiqlənib.

Oxşar xəbərlər
OTACI