Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hulusi Kılıç: “Bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri Ermənistana fəlakət vəd edir”

06 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri, burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması erməni quldur dəstələrinin Azərbaycan tərəfinə silahlı hücumları ilə eyni mahiyyətli bir hərəkətdir.

Hər iki hal 10 noyabr tarixli üçtərəfli Bəyanata ziddir və bütün bunlara görə baş verəcək xoşagəlməz hadisələrə görə məsuliyyəti təkcə qarşı tərəfdəki hakimiyyət deyil, bütövlükdə Ermənistan dövləti daşıyır”.

Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a açıqlamasında söyləyib.

Azərbaycan güclü imkanlara malik dövlət olduğunu bildirən H.Kılıç deyib:

“Ermənistan hakimiyyəti avantüradan uzaq dayanmalıdır. Anlamalıdır ki, Azərbaycan ərazi bütövlüyü ilə bağlı məsələlərdə işğalçıya heç bir güzəşt etməyəcək. Erməni rəsmi dairələrinin bəzi addımları, o cümlədən, Xarici İşlər naziri Ara Ayvazyanın Azərbaycan sərhədini qanunsuz keçməsi hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması istiqamətindəki səylərə qətiyyən uyğun gəlmir”.

O əminliklə bildirib ki, bölgədəki Rusiya sülhməramlı qüvvələri bundan sonrakı dövrdə proseslərə daha məsuliyyətlə yanaşacaq və erməni tərəfinin siyasi-hərbi təxribatları ilə bağlı ciddi ölçü götürəcəklər.

Oxşar xəbərlər
OTACI