Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə erməni təcavüzündən zərər çəkənlərə ödənişlərin verilməsinə başlanılıb

06 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Gəncəyə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsinə başlanılıb.

Press.az xəbər verir ki, bu barədə Gəncə şəhər İcra hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bunun üçün Gəncədə raket hücumu nəticəsində yaşayış evlərinə ziyan dəymiş vətəndaşlara və ya onların qanuni nümayəndələrinə plastik kartlar paylanılıb. Plastik kartlar vətəndaşlara təqdim olunub.

Xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq sosial məsafənin gözlənilməsinə polis və Daxili Qoşunların əməkdaşları nəzarət ediblər.

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində ölkə üzrə mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün ilkin olaraq 9 068 128 manat ayrılıb.

Xatırladaq ki, Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 4,5,8,11,17 oktyabr tarixlərində bir neçə dəfə raket atəşinə tutulub. Nəticədə 26 mülki şəxs həlak olub, 120-dən artıq vətəndaş yaralanıb.

Oxşar xəbərlər
OTACI