Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarının hərəkəti nə zaman bərpa edilir? - RƏSMİ

06 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı-Xırdalan-Sumqayıt qatarının fəaliyyətini bərpa edəcəyi tarix bəlli olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. 

Bildirilib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar sökülərək yenidən yenisi ilə əvəzlənən Xırdalan dairəsindəki dəmir yolu körpüsündə işlər yanvarın 20-dək yekunlaşacaq:

“Mövcud dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün yenisi ilə əvəz edildi. Tikilən yeni dəmir yolu körpüsündə kontakt şəbəkədə dəyişən cərəyana keçidlə bağlı rekonstruksiya işləri davam edir. Sözügedən işlərin yanvarın 20-dək yekunlaşdırılması nəzərdə tutulur”.

Xatırladaq ki, Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti ötən il avqustun 10-dan etibarən müvvəqəti olaraq dayandırılıb.

Oxşar xəbərlər
OTACI