Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəmkirdə bibisinin evindən oğurluq edən şəxs saxlanılıb

06 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiştəpə kəndində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, 23 yaşlı Elşən Həsənov ötən ilin dekabr ayının 28-də yaşadığı Şiştəpə kəndində, bibisinə məxsuz fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub və oradan 1 500 manat dəyərində qızıl-zinət əşyalarını gizli talayaraq oğurlayıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində E.Həsənovun cari ilin yanvar ayında da eyni ünvandan 1 800 manat nağd pul və 7 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması, daha sonra isə cinayətin izlərini itirərək məsuliyyətdən yaxa qurtarmaq üçün fərdi yaşayış evini yandırmaq istəməsi məlum olub.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı E.Həsənov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları lombarda girov qoyduğunu və əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI