Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Özbaşına müalicə olunaraq vəziyyəti ağırlaşan və hətta ölən xəstələr var - Həkim

06 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son günlərdə özbaşına müalicə olunaraq vəziyyəti ağırlaşan və hətta ölən COVİD-19 xəstələrinin olduğunu müşahidə edirik. Qəti surətdə ağızdan-ağıza eşitdiyiniz, qonşuların, qohumların məsləhətləri ilə müalicələr etməyin.

Bunu Azərbaycan Tibb Universitetinin həkimi Aydın Vəliyev deyib.

Onun sözlərinə görə, heç bir şikayəti olmayan - xəstəlik əlamətləri olmayan şəxslər profilaktika üçün heç bir dərman, sistem qəbul etməməlidir. Çünki bunların xeyri yox, ziyanı ola bilər:

"Əgər sizdə COVİD-19-un əlamətləri başlayıbsa, panik olub antibiotik, sistem, deksametazon qəbul etməyin! İlk günlərdə bunların xeyri yox, ziyanı olur. İlk 1 həftədə şəkərli diabeti və digər damar xəstəlikləri olmayanlar, qızdırması 38-dən aşağı olanlar, mədə və 12 barmaq bağırsaq xorası olmayanlar, gündə 1 dəfə 100 mq aspirin - yeməkdən sonra, vitamin C (gündəlik 1000 mq-a qədər), vitamin D ( gündəlik 3500 tv), sink, selen, maqnezium qəbul etməlidir. Qızdırması 38 dərəcədən yuxarı qalxan xəstələr əlavə olaraq 500 mq parasetamol və ya parasetamol tərkibli qripxot, coldrex və s. qəbul edə bilər. Saturasiyası 90-dan aşağı düşən şəxslər təcili yardıma zəng edib stasionar müalicə tələb etməlidirlər. Saturasiya 90-dan aşağı düşərsə, mütləq kompüter tomoqrafiya müayinəsi edilməlidir. Professional, COVİD-19 xəstəliyinin müalicəsi ilə məşğul olan həkimin məsləhəti olmadan antibiotik, deksametazon qəbul etməyin! Bunlarla yanaşı, 3 məşhur qaydaya-maska, məsafə və əl gigiyenasına ciddi riayət edin!".

Trend

Oxşar xəbərlər
OTACI