Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dövlət Komitəsi itkin düşmüş və bu gün tapılan 12 yaşlı qızı nəzarətə götürdü - RƏSMİ

06 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Axtarılan 12 yaşlı Ləman Şahbazova tapılaraq Komitənin nəzarətinə götürülüb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, kütləvi informasiya vasitələrində 12 yaşlı Ləman Şahbazovanın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmadığı ilə bağlı məlumat öz əksini tapmışdır.

Hadisə dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. 

12 yaşlı L.Şahbazova Sabunçu rayonu ərazisində tapılaraq bu səhər “Nur” uşaq evinə yerləşdirilib.

Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. Müvafiq tədbirlər görülür.

Oxşar xəbərlər
OTACI