Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təhsil Nazirliyində vətəndaş qəbulunun dayandırılması müddəti uzadıldı

06 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 31 yanvar 2021-ci il tarixinədək fəaliyyətini dayandırıb.

Bu barədə Press.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli 488 nömrəli qərarı ilə əlaqədardır.

"Bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (https://edu.gov.azhttps://ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.

Təhsil Nazirliyinin rəsmi məlumatlarını nazirliyin rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən (https://www.facebook.com/tehsil.gov.azhttps://twitter.com/tehsilgovazhttps://www.instagram.com/edugovaz/,
https://www.youtube.com/user/tehsilgovaz@edugovaz izləmək tövsiyə edilir", məlumatda bildirilib.

Oxşar xəbərlər
OTACI