Tərtər sakinində silah aşkarlanıb.
Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kovdadıq kənd sakini N.Xəlilovun yardımçı təsərrüfatından “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.