Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ruhi Əliyeva koronavirusa yoluxdu

05 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Liatris Holding"in rəhbəri, müğənni Ruhi Əliyeva koronavirusa yoluxub. 

Press.az xəbər verir ki, bu barədə məlumatı müğənni özü İnstagram hesabında yayıb. 

"Hazırda ölkəmiz və bütün dünya COVID-19 virusuyla mübarizə aparır. Təəssüf ki, son zamanlarda Azərbaycanda bu virusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Bütün deyilən qaydalara bacardığım qədər riayət etsəm də təəssüf ki, mən də koronavirusa yoluxdum. Çox şükür, indi daha yaxşıyam, müalicəm ev şəraitində davam edir. Baxın, əzizlərim, qızdırma, sümük ağrıları, halsızlıq kimi simptomlar olduğu təqdirdə həkimə gedərək test vermək, müalicələrə başlamaq və məsuliyyətli olmaq mütləqdir. Bəzən xəbərlərdə oxuyuram, koronavirus xəstələri yaşayış yerlərini tərk edərək, başqalarının həyatını da təhlükəyə atırlar. Belə olmaz. Kimsə bu xəstəliyi yüngül keçirirsə, başqası ağır keçirdə bilər. Özümüzü fikirləşdiyimiz qədər ətrafımızdakıları da düşünməliyik. Vitaminlərdən, immunitet gücləndirən dərmanlardan, maskadan istifadə mütləqdir. Allah hər kəsin köməyi olsun. Bütün xəstələrə şəfalar diləyirəm. Arzu edirəm bu bəla tezliklə başımızdan sovrular. Özünüzü qoruyun "-deyə R. Əliyeva qeyd edib. 

Oxşar xəbərlər
OTACI