Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Maradonanın adı bu stadiona verildi - Rəsmi

04 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İtaliyanın “Napoli” klubunun ev oyunlarını keçirdiyi “Stadio San Paolo” stadionun adı dəyişdirilib.

Press.az "Footbal Italia"ya istinadən xəbər verir ki, stadionun adı noyabrın 25-də vəfat edən Dieqo Maradonanın şərəfinə “Stadio Dieqo Armando Maradona” adlandırılıb.

Bunu bu gün Napoli bələdiyyəsinin başçısı Luici De Maqistris açıqlayıb.

Arenanın adının dəyişdirilməsi haqqında qərar Napoli şəhər məclisinin bütün üzvləri tərəfindən imzalanıb.

Qeyd edək ki, Maradona 1984-1991-ci illərdə “Napoli”də çıxış edib. Argentinalı mərhum futbolçu “Napoli” ilə iki dəfə (1987, 1990) İtaliya çempionu olub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI