Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənilər Rusiya və İsraili də düşmən sayırlar

04 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanda keçirilən rəy sorğusunun nəticələrinə görə ermənilər Türkiyə və Azərbaycanı düşmən sayırlar.

Press.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu “Gallup International Association”ın Ermənistandakı nümayəndəliyinin direktoru Aram Navasardyan dekabrın 4-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Ermənistanın təhlükəsizliyini hansı ölkədən təhdid edir” sualını respondentlər belə cavablandırıb: “Türkiyə 86,5 faiz, Azərbaycan 70,9 faiz, Rusiya 11,7 faiz, İsrail 10,4 faiz, Böyük Britaniya 6,4 faiz, ABŞ 5,4 faiz”.

Noyabrın 25-dən dekabrın 2-dək telefonla min nəfər arasında keçirilən sorğu Ermənistanın bütün bölgələrini əhatə edib.

Oxşar xəbərlər
OTACI