Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Virusa qarşı yeni ixtira: 30 dəqiqədə səthinə düşən koronavirusu məhv edir

04 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çexiyalı alimlər səthinə düşən bakteriya və virusları məhv edən xüsusi kağız hazırlayıblar.

CTK agentliyi yazır ki, həmin kağız yeni koronavirus növünün hissəciklərini də məhv edə bilər.

Kağıza sink və gümüşə əsaslanan xüsusi kimyəvi maddələr hopdurulub. Onlar virusları, bakteriyaları və mayaları öldürürlər, ancaq insan dərisi üçün təhlükəsiz qalırlar.

Qeyd edilir ki, bir dəqiqə ərzində onun səthindəki mikrobların 99 faizi yox olur.

Əlavə bir dəyişiklik sayəsində bu cür kağız səthinə dəyən yeni növ koronavirusun hissəciklərinin öhdəsindən gələ bilər. Testlər göstərib ki, 10 dəqiqə ərzində bu cür kağıza düşən koronavirus hissəciklərinin 70 faizi ölür və 30 dəqiqə ərzində onlar tamamilə yox olur.

Yaradıcıları ümid edirlər ki, yeni ixtira banknotların və müxtəlif sənədlərin istehsalında istifadə olunacaq. Yaxın gələcəkdə Çexiyada ilk 10 ton belə kağız istehsal etmək planlaşdırılır.

Oxşar xəbərlər
OTACI