Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb

04 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsmayıllıda koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Bu barədə Press.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Vüqar Ziliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilsə də, o, yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən küçədə hərəkətdə olarkən aşkarlanan həmin şəxs dərhal yaşadığı ünvana geri göndərilib.

Onun barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI