Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ucarda COVID-19 xəstəsi saxlanılıb

04 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ucar rayonunda COVID-19 xəstəsi barədə qanunamüvafiq tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində COVID-19 xəstəsi kimi qeydiyyatda olan rayon sakini V.Zülfüqarovun yaşadığı ünvanı tərk edərək karantin qaydalarını kobud şəkildə pozduğu müəyyən edilib.

Həmin şəxs müəyyən edildiyi ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana aparılıb. Onunla profilaktik söhbətlər aparılıb, təyin edilən müalicənin davam etdirilməsi üçün evdə qalmağının zəruriliyi diqqətinə çatdırılıb.

Ucar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI