Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

UEFA finallara ev sahibliyi edəcək ölkələri açıqladı

03 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Press.az xəbər verir ki, iclasda qitəmiqyaslı futbol turnirləri ilə bağlı bir sıra qərarlar qəbul olunub.

UEFA Millətlər Liqasının 2020/21 mövsümünün final mərhələsinin yeri təsdiqlənib. 2021-ci ilin oktyabrında keçiriləcək həlledici mərhələnin oyunları İtaliyada olacaq.

Mərasimdə 21 yaşadək futbolçular arasında AÇ-2023-ün meydan sahibi də rəsmiləşib. Yarışın final mərhələsi iki ölkədə keçiriləcək. Turnir Rumıniya və Gürcüstanda təşkil olunacaq.

2021-ci ilin yayından keçirilməyə başlayacaq qitənin 3-cü dərəcəli klub turnirinin – Konfrans Liqasının da ilk finalının yeri dəqiqləşib. İclasda qərara alınıb ki, 2022-ci ildəki final Albaniyada təşkil olunsun. Həlledici matç Tiranadakı Milli stadionda keçiriləcək.

Qeyd edək ki, bu turnirdə Azərbaycanın üç klubu 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI