Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dostunun intiqamını almaq üçün onlarla erməni hərbçisini məhv etmiş şəhidimizin qəhrəmanlıq hekayəsi - VİDEO

03 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəhid Zahir Feyzullayev 1992-ci il dekabrın 24-də Oğuzun Muxas kəndində anadan olub.

Məktəb illərindən dəliqanlılığı, cəsarəti, vətən sevgisi ilə seçilən Zahir elə bunun nəticəsində hərbi xidməti başa vurduqdan sonra orduda qalmağı seçib.

Ordu sıralarında leytenant rütbəsinə qədər yüksələn Zahir xidmət dövrü ərzində göstərdiyi şücaətlərə görə dəfələrlə orden və medallara layiq görülüb.

Vətən müharibəsi başlayandan Zəngilan və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Deyilənə görə, şəhid yoldaşının intiqamını almaq 10-larla ermənini məhv edib. Daha sonra dəfn mərasimində olan şəhid yaxınına zəng edərək, dostunun intiqamını aldığını deyib.

Zahirin son döyüşü Xocavəndin Tuğ kəndi ətrafında olub. O, burada qəhrəmancasına şəhid olub…

Oxşar xəbərlər
OTACI