Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qaxda 19 yaşlı şəhidin ailəsinə ev tikilir - VİDEO

03 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Vətən Müharibəsi”ndə şəhid olan Qax sakini 19 yaşlı Nicat Mənəfovun ailəsinə ev tikilir. 

Press.az Baku TV-yə istinadən xəbər verir ki, bu xeyirxah əməli rayon rəhbərliyi və rayonda fəaliyyət göstərən iş adamları yerinə yetirirlər. Qax rayonunun Qaradolaq kəndində doğulan Nicat Mənəfov sentyabrın 27-də başlayan Vətən müharibəsinin qəhrəman əsgərlərindən biri olub. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan 19 yaşlı qəhrəmanımız indi hər kəsin qürur mənbəyidir. Döyüşlərdə Mənəfovlar ailəsinin iki üzvü, Nicatla bərabər onun qardaşı Azər Mənəfov da iştirak edib.

Azər döyüşlərə könüllü olaraq qatılıb. Qardaşının şəhid olmasından sonra evinə qayıdıb. Şəhidin ailəsinin mənzil şəraiti normal olmadığından rayon rəhbərliyi və rayonda fəaliyyət göstərən bəzi iş adamları və şirkətlərin maddi dəstəyi ilə şəhidin ailəsinə üç otaqlı ev tikilir. Nicatın şəhid olmasından dərhal sonra tikintisinə başlanılan evdə artıq tamamlanma işləri görülür.

Oxşar xəbərlər
OTACI