Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Valideyn: "Şəhid oğlumun sağ olması ilə bağlı yayılan məlumatlar yalandır"

03 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İkinci Qarabağ Müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, leytenant Vəliyev Vəliəhd Şakir oğlunun guya sağ olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə açıqlamasında şəhidin atası Şakir Vəliyev deyib.

O bildirib ki, oğlu V.Vəliyev Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub və oktyabrın 30-da dəfn olunub. Atasının sözlərinə görə, dekabrın 8-də şəhidin 40 mərasimi keçiriləcək.

Qeyd edək ki, Lənkəranın Bala Şürük kənd sakini Vəliyev Vəliəhd Şakir oğlunun guya ailəsinə zəng edərək sağ-salamat olduğunu bildirdiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Report

Oxşar xəbərlər
OTACI