Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda COVID-19 xəstəsinə cinayət işi açılıb

03 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis şöbəsinin (PŞ) əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə aktiv COVID-19 xəstəsi olan Bakı şəhər sakini, 34 yaşlı Mahmud Məmmədov müəyyən olunaraq saxlanılıb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.

Onun barəsində Nərimanov RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Oxşar xəbərlər
OTACI