Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Twitter” təhqirlə bağlı qaydaları sərtləşdirib

03 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Twitter” sosial şəbəkəsi irqi, milli və etnik zəmində təhqir xarakterli yazılarla bağlı qaydaları sərtləşdirib.

Press.az-ın məlumatına görə, bu barədə “Twitter” şirkətinin bəyanatında deyilir.

Yeni qaydalara əsasən qeyd olunan yazılar sosial şəbəkədən silinəcək. Nifrət xarakterli yazılar yazmaqda davam edən hesablar isə dondurulacaq.

Qeyd edək ki, “Twitter” 2019-cu ildə dini zəmində təhqiredici postlarla bağlı, bu ilin martında isə xəstəlik və fiziki məhdudiyyəti alçaldan ifadələr barədə qadağalar tətbiq etmişdi.

Oxşar xəbərlər
OTACI