Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yevlaxda COVID-19 xəstəsi karantin qaydasını pozub

03 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yevlaxda COVID-19 xəstəsi barədə qanunamüvafiq tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində COVID-19 xəstəsi kimi qeydiyyatda olan rayon sakini Z.Bəkirovun yaşadığı ünvanı tərk edərək karantin qaydalarını kobud şəkildə pozduğu müəyyən edilib.

Həmin şəxs müəyyən edildiyi ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana aparılıb. Onunla proflaktiki mövzuda söhbətlər aparılıb, təyin edilən müalicənin davam etdirilməsi üçün evdə qalmağı zəruruliyi diqqətinə çatdırılıb.

Yevlax RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI