Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəlilabad və Masallıda yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlandı

03 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad və Masallıda polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş daha 2 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini Mülayim Seydanov və Masallı rayonunun Səmidxan kənd sakini Əli Məlikov COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb

Masallı və Cəlilabad Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və M. Seydanov Cəlilabad şəhəri ərazisində, Ə.Məlikov isə Masallı rayonunun Səmidxan kəndindəki uşaq bağçasının qarşısında aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI