Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müharibədən zərər çəkənlərə sosial-psixoloji xidmətlər göstərilir - FOTO

03 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şirvan, Lənkəran, Yevlax və Naftalan Reabilitasiya Müəssisələrində də Vətən müharibəsində yaralanmış hərbçilərimizə sosial-psixoloji xidmətlər göstərilir.

Nazirliyin yaydığı məlumata görə, sosial-psixoloji xidmətlərə ehtiyac duyan müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, onların yaxınları, cəbhəyanı bölgələrdə yaşayan əlilliyi olan şəxslər bu xidmətlərlə təmin edilirlər.

Xidmətlər reabilitasiya müəssisələrində böyüklər və uşaqlar üçün hazırlanmış xüsusi sosial-psixoloji dəstək proqramı əsasında həyata keçirilir. Proqrama uyğun olaraq diaqnostika, vəziyyətin dəyərləndirilməsi, psixokorreskiya işinin təşkili, monitorinq və digər müvafiq xidmətlər təşkil edilir.

Oxşar xəbərlər
OTACI