Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kürdəmirdə avtomobil su kanalına düşdü, xəsarət alan var

03 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qarabucaq kəndində qeydə alınıb.

Bildirilib ki, sürücü, 2002-ci il təvəllüdlü Umudov Ramil Bahadur oğlu idarəetməni itirib. Nəticədə avtomobil su kanalına düşüb. Qəza zamanı ağır bədən xəsarətləri alan gənc əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi, alın sümüklərinin qəlpəli sınıqları diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Report

Oxşar xəbərlər
OTACI