Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Parisin yaxınlığındakı məscid təhqir edilib

02 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransada naməlum şəxslər Parisin yaxınlığında yerləşən Breteni-syur-Orj (Eson departamenti) şəhərindəki məscidi təhqir ediblər.

Press.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) şəhərin meriyasına istinadən xəbər verib.

Cinayətkarlar səhər tezdən avtomobillə əraziyə gələrək məscidin qapısını sındırıblar. Onlar məscidin içinə, xüsusən ibdət zalına odsöndürən məhlulu töküblər.

Gecə növbəsindən qayıdan sakinlərdən biri onları gördükdə cinayətkarlar qaçaraq gizləniblər. Polis onların istifadə etdiyi avtomobili qonşu kommunada yandırılmış vəziyyətdə aşkarlayıbr.

AFP Daxili İşlər Nazirliyinin məlumatına istinadn xatırladıb ki, Fransada 2019-cu ildə müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəldilmiş aksiyalar 54 faiz artıb.

Oxşar xəbərlər
OTACI