Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

02 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dekabrın 2-də Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edib.

Müdafiə Nazirliyindən Press.az-a verilən məlumata görə, müdafiə nazirinin müavini İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Araşdırma və İnnovasiya təşkilatının rəhbəri Möhsin Fəxrizadənin qətlə yetirilməsi ilə əlaqədar səfirlikdə açılmış başsağlığı kitabını imzalayıb.

O, Azərbaycan Müdafiə Nazirliyi adından İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.

Oxşar xəbərlər
OTACI