Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Goranboyda güclü yanğın: Ev sahibi öldü, həyat yoldaşı xəstəxanalıq oldu - YENİLƏNİB

02 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Goranboyun Kürək-Çay qəsəbəsində fərdi yaşayış evində baş verən güclü yanğın söndürülüb.

Yanğın zamanı dünyasını dəyişən ev sahibi A.Verdiyevin həyat yoldaşı da yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

06:50

Goranboyda güclü yanğın baş verib.

Hadisə rayonun Kürək-Çay qəsəbəsində qeydə alınıb.

Taxta materialdan inşa edilmiş yanan ev qəsəbə sakini Altay Verdiyvə məxsusdur. Dərhal hadisə yerinə FHN-in Goranboy rayonun Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunib.

A.Verdiyevin meyiti FHN-in əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ərazidə evlər bitişik olduğundan yanğın yaxınlıqdakı 3-4 evə də keçib. Hazırda yanğın söndürülməsi istiqatə işlə davam edir.

Yanğının qaz sızmasından baş verdiyi bildirilib.

APA

Oxşar xəbərlər
OTACI