logo
First slide

Güllə darağı zabitimizi necə xilas etdi? - İkinci Qarabağ döyüşlərindən qeyri-adi hadisə (FOTO)

01 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti Əli Kərimov. O, İkinci Qarabağ müharibəsində qəhramanlıq göstərərək Daşaltı qəsəbəsini döyüşçü yoldaşları ilə birgə azad edib.

Daşaltı əməliyyatında yaralansa da döyüşə davam edən Əli Kərimovun həyatını onun üzərində olan avtomatın güllə darağı xilas edib.

Daşaltı əməliyyatı zamanı düşmən snayperindən açılan atəş döyüşçünü yaralayıb, mərmi sol ayağından girərək sağ ayağından çıxıb. Yenidən düşmən zabiti ilə üz-üzə qalan Əliyə açılan namərd gülləsi xoşbəxtlikdən onun sinəsindəki güllə daraqlarına tuş gəlib, cavab olaraq Əlinin atdığı 3 atəş isə düşməni yerindəcə məhv edib.

O, sözügedən hərbi əməliyyatlar zamanı dəfələrlə ölümlə üzbəüz qalıb, mərd zabit yalnız irəliyə doğru addımlayıb.

Əlinin şücaət dastanında insanı təsirləndirən məqamlardan biri də özünün yaralı olmasına rəğmən, digər yaralı əsgər yoldaşını 17 km məsafədə çiynində daşımasıdır. Məhz onun bu fədakarlığı yaralı əsgərə ikinci həyat bəxş edib.

Trend

Oxşar xəbərlər
OTACI
OTACI