Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhidin cibindən çıxan kağız hər kəsi KÖVRƏLTDİ

01 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lerik rayonundan olan bir ailənin iki şəhid övladının hekayəsi ürəkləri dağlayıb.

Press.az sonxeber.az-a istinadən xəbər verir ki, şəhid Mövlanov Elgün Tahir oğlu Lerik rayon 2 saylı Valeh Müslümov adına məktəbin məzunu olub. Məktəbi bitirən kimi vətəndaşlıq borcunu ödəmək üçün hərbiyə yollanıb. Bir müddət keçdikdən sonra Vətən müharibəsi başlayanda Elgün döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

Qardaşı maxe Mövlanov Altay Tahir oğlu da gedən döyüşlərdə iştirak edərək şəhid olub.

Bildirilir ki, Altay şəhid olanda cibindən hərbi hissənin ona qardaşının yasında iştirak etmək üçün 5 günlük icazə kağızı tapılıb.

Döyüş yoldaşlarının dediyinə görə, o, hərbi hissə komandirinə “Hazırda qardaşımın qisasını alıram, müharibədən sonra məzarını ziyarət edərəm” deyərək 5 günlük icazədən imtina edibmiş.

Oxşar xəbərlər
OTACI