Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Boccia idmançısından hər kəsi kövrəldən addım - FOTO

30 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün yaşadığımız qürur və sevinc dolu günləri, Qarabağın azadlığını igid əsgərlərimizə borclu olduğumuzu unutmamalıyıq.

"Boccia İdman Federasiyası"nın idmançısı Emin Hacılı Vətən müharibəsində iki gözünü itirmiş qazilərimizdən birinə dəstək olmaq üçün öz sosial media hesabında elan yerləşdirib.

Fiziki məhdudiyyətli Emin elanda Vətən uğrunda gözlərini itirmiş qazimiz üçün bir gözünü verməyə hazır olduğunu bildirib. Bəli, düz oxudunuz, Emin yerimə məhdudiyyətli olmasına rəğmən görmə məhdudiyyətli olmağa da razıdır, təki Azərbaycan əsgəri azad etdiyi torpaqları seyr etməkdən məhrum olmasın, Qarabağ səmasına ucaltdığı üçrəngli bayrağa fərəhlə baxa bilsin!

Qəlbi Vətən sevgisi ilə döyünən bocciaçı Emin Hacılıya atdığı fədakar addıma görə təşəkkür edirik!

Vətənpərvərlik, Vətən sevgisi əngəl tanımaz!

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI