Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ANAMA: Düşmən geri çəkilərkən əraziləri kortəbii şəkildə minalayıb

30 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ermənistana mina basdırılan yerlərin xəritələrinin təqdim olunması üçün müraciət etməmişik”.

Bunu açıqlamasında Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.

Onun sözlərinə görə, Birinci və İkinci Qarabağ müharibəsində düşmən ərazini tərk edən zaman kortəbii şəkildə həmin əraziləri minalayıb:

“Biz bunları nəzərə alaraq o xəritə ilə hər şeyin təhlükəsizliyinə tam təminat verə bilmərik. Həmin xəritələrə istinad edib, “minaları təmizləmişik” deməyimiz düzgün deyil. Ona görə də bu xəritələrə tam istinad etmək olmaz”.

Report

Oxşar xəbərlər
OTACI