Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bayrağa görə BDU-dan qovulan tələbə bərpa OLUNDU

30 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədov universitetə bərpa olunub.

Press.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunub ki, ona sonuncu xəbərdarlıq edilib və şiddətli töhmət verilib.

P.Məhəmmədov onlayn dərs zamanı bayrağımıza qarşı hörmətsizlik etmə iddiası ilə universitetdən xaric edilmişdi.

BDU rəhbərliyinin bu qərarı sosial şəbəkələrdə ciddi etirazla qarşılanmışdı.

Oxşar xəbərlər
OTACI